Gəncənin qaz təchizatı dayandırılıb
Bizi izləyin

Qırmızı.az

Gəncənin qaz təchizatı dayandırılıb

Gəncənin qaz təsərrüfatına ciddi ziyan dəydiyindən şəhərin təbii qaz təchizatı tamamilə dayandırılıb. Bu barədə Publika.az-a "Azəriqaz" İstehsalat Birliyindən deyilib.

İB-dən bildirilib ki, hazırda Gəncədə qaz təsərrüfatına dəymiş zərər aradan qaldırılır və infrastrukturun bərpası işləri aparılır. Bundan sonra şəhərə hissə-hissə təbii qazın verilməsi nəzərdə tutulur.

Bildirilib ki, Gəncədə baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsizlik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, iyunun 10-da saat 22:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb. Təxminən 15 dəqiqədən sonra leysanla əvəzlənib. Təbiət hadisəsi nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm