İmtahanlarda neçə nəfər "5" və "2" alıb?
Bizi izləyin

Qırmızı.az

İmtahanlarda neçə nəfər "5" və "2" alıb?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9-сu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 4808 şagird "Ana dili", 6501 şagird isə "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.

Komissiyadan Publika.az-a verilən məlumata görə, buraxılış imtahanında 39 731 nəfər IX sinif şagirdi iştirak edib. Onların 6728-i "Ana dili", 9052-si "Riyaziyyat" fənnindən "beş" qiyməti alıb. Şagirdlərin 11 057-si "Ana dili", 9393-ü "Riyaziyyat" fənnindən "dörd", 17 138-i "Ana dili", 14785-i "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb.

Ümumilikdə imtahan zamanı müxtəlif binalarda 23 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib. Onların nəticələri ləğv olunub.

İyunun 8-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı “Ana dili”, 6943-ü “Riyaziyyat” fənnindən “5”, 10 761-i “Ana dili”, 11 997-si “Riyaziyyat” fənnindən “4”, 9746-sı “Ana dili”, 8255-i “Riyaziyyat” fənnindən “3”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm