Gəncədə rabitə xidmətinin işi bərpa edilib
Bizi izləyin

Qırmızı.az

Gəncədə rabitə xidmətinin işi bərpa edilib

Ötən gecə güclü külək və leysan nəticəsində Gəncə Telekommunikasiya Qovşağında qəza baş verib.

"Aztelekom" İstehsalat Birliyi (İB) baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri başa çatdırıb. Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində şəhərdə rabitə xətləri zədələnib:

"Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün İB-nin qəza xidməti gücləndirilmiş iş rejiminə keçib və hazırda rabitə xidmətinin işi bərpa edilib".

Qeyd edək ki, iyunun 10-da saat 22:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb. Gəncənin elektrik, qaz, su, kanalizasiya xətləri ilə yanaşı, rabitə təsərrüfatına da ziyan dəyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm