Nəqliyyatda vahid kart tətbiq olunacaq?
Bizi izləyin

Qırmızı.az

Nəqliyyatda vahid kart tətbiq olunacaq?

Yaxın vaxtlarda Bakıda daha 40 marşrutda kart sisteminin tətbiq olunması nəzərdə tutulub. Bununla da onların sayı 1000-dən artıq olacaq.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

O bildirib ki, bu ilin fevral ayında 30 marşrutda, yəni 774 avtobusda bu sistem tətbiq olunub.

“Ümumi götürdükdə isə bu ilin sonu və gələn ilin əvvəlinə qədər Bakıda hərəkət edən bütün avtobuslara kart sistemi tətbiq olunacaq. Çünki 2015-ci ildə I Avropa Oyunları keçiriləcək və xaricdən gələn vətəndaşlar da bu sistemdən istifadə etməlidirlər”, - deyə N. Həsənov qeyd edib.

Onun sözlərinə görə, indiyə qədər təxminən 300 000 qədər nəqliyyatda gediş kartı satışa buraxılıb. Onun 200000-ə yaxını vətəndaşlar tərəfindən alınıb. Gün ərzində isə təqribən 10 000 kart dövriyyədədir.

N. Həsənov əhalinin bu kartlara marağının az olduğunu vurğulayıb. O, bu məsələdə sürücülərin öz maraqları olduğunu da deyib.

“Bəzən sürücü öz subyektiv marağından çıxış edərək vətəndaşın kartını qəbul etmir və nağd pul istəyir. Kartlar isə “Bank of Azərbaijan”a məxsusdur. Nəqliyyat Nazirliyi, “Bank of Azərbaijan” tərəfindən də reydlər keçirilir. Hər hansı bir sürücü həqiqətən vətəndaşa bu cür reaksiya göstərirsə, onlarla bağlı ölçü götürüləcək, hətta sahibkarlarından həmin marşrut da alınacaq. Heç kim kart olduğu halda, nağd pul tələb edə bilməz”.

N. Həsənov hələlik bu iki sistemin paralel olaraq fəaliyyət göstərdiyini deyib.

Vahid ödəmə kartının tətbiqi məsələsinə toxunan nazirlik sözçüsü bildirib ki, vahid ödəmə kartı tətbiq olunmayacaq.

"Əvvəllər belə fikir var idi ki, vahid kart olsun. Amma metro Nəqliyyat Nazırliyinə aid olmayan bir strukturdur Ona görə də, vahid kart sistemi baş tutmayıb”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm