“Azərbaycanfilm”dən yeni müsabiqə
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanfilm”dən yeni müsabiqə

“Azərbaycanfilm”dən yeni müsabiqə

Gənclər üçün qısametrajlı filmlərin ssenari müsabiqəsi elan olunur

Kino sənətinə həvəs göstərən gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədi ilə “Azərbaycanfilm” kinostudiyası 2014-cü il iyunun 11-dən iyulun 20-dək “yenifilm.az” qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edir.

29 yaşa qədər olan müəlliflər istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər.

Müsabiqəyə ssenariləri cari il iyulun 15-dək “Azərbaycanfilm” kinostudiyasının poçt ünvanı: AZ1012, Bakı şəhəri, Moskva pr.1 və yaxud, [email protected] elektron ünvanına təqdim olunmalıdır.

Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.

Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari müəyyən edilərək “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında çəkiləcək. İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.

Qaliblərin adları 2014-cü il avqustun 2-də http://azerbaijanfilm.az/ saytında və “Mədəniyyət” qəzetində açıqlanacaqdır.

Əlaqə telefonları: (012) 430-87-84 (85); 430-00-10.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm