
Azərbaycanın əməkdar artisti Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb.
Aktyorun ailəsindən AzNews.az-a verilən məlumata görə, X. Qafarova
iki gün bundan əvvəl Respublika Onkoloji Mərkəzinə yerləşdirilib:
“Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı
aşağı düşdü, iştahadan kəsildi. Bu da onun yerimək qabiliyyətini
itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində
qaldıq”.
Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi
gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə
gedəcək”.
Xatırladaq ki, X. Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O,
bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu
keçib.