Qırmızı.az
Prezident Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu
göndərib.
Təbrik məktubunda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və
xoş arzularımı qəbul edin.
Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi
sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin
rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər
ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.
Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq
münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu
əlaqələrin möhkəm təməlini təşkil edir.
Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası
münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri
və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı,
regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf
edəcək və möhkəmlənəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm
cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq
arzu edirəm".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!