
Cəlilabad rayonunda 18 yaşlı qız itkin
düşüb.
Cəlilabad şəhər Bəcravan kənd sakini 1996-cı il təvəllüdlü
Cəfərova Şəhla Məhəmməd qızı iyunun 6-da yaşadığı evdən Cəlilabad
rayonunda yaşayan bibisigilə getmək adı ilə evdən çıxıb və bir daha
geri dönməyib.
Onun əlamətləri aşağıdakılardır. Boyu 150 sm, dolubədənli, ağbəniz,
saçı gödək, şabalıdı rəndgdədir. Evdən çıxarkən onun əynində
qırmızı kofta , qırmızı şalvar və ayağında qırmızı krassofka
olub.
Şəhla Cəfərova barəsində məlumatları olanlardan aşağıdakı nömrələrə
zəng etmələri xahiş olunur. /Ans/