Gəncədə 39 yaşlı kişini bıçaqladılar
Bizi izləyin

Qırmızı.az

Gəncədə 39 yaşlı kişini bıçaqladılar

Bu gün axşam saatlarında Gəncə şəhəri Atatürk prospektində bıçaqlanma hadisəsi baş verib. 39 yaşlı şəhər sakini Hüseyn Məhərrəmov çoxsaylı bıçaq yaraları alıb.

Bu gün axşam saatlarında Gəncə şəhəri Atatürk prospektində bıçaqlanma hadisəsi baş verib. 39 yaşlı şəhər sakini Hüseyn Məhərrəmov çoxsaylı bıçaq yaraları alıb.

O, dərhal Gəncə şəhər TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin üzərində əməliyyat aparan həkimlər daxilə keçən bir neçə yara aşkar edib. İlkin tibbi yardımdan sonra zərəçəkmişin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki məlum deyil. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

"Xəstəxanamıza Təcili Tibbi Yardım maşını ilə üzərində daxilə keçən bıçaq yarası olan xəstə daxil olub. O, 1975-ci il təvəllüdlü Gəncə şəhər sakini Məhərrəmov Hüseyn Tofiq oğludur. Onun üzərində daxilə keçən yaralar olduğundan dərhal əməliyyat olundu və yaralar işlənildi. Hazırda reanimasiya şöbəsindədir və səhhəti orta ağırdır",- cərrah Etibar Abbasov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm