Cəlilabadda azyaşlı vuruldu
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda azyaşlı vuruldu

Cəlilabad rayonunda azyaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad sakini Vüsal Rasim oğlu Əliyev sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili ilə yolu keçmək istəyən Cəlilabad rayon Uzuntəpə kənd sakini Mailzadə Əvəzağa Mahmudağa oğlunu vurb.

14 yaşlı piyada ağır vəziyyətdə Cəlilabad mərkəzi rayon xəstəxanasına (MRX) çatdırılıb. Lakin həkimlərin xəstəni müayinə etməsinə baxmayaraq, xəstə qeyri-qanuni olaraq xəstəxanadan uzaqlaşdırılıb.

Həkimlərin verdiyi məlumata görə isə azyaşlının müayinəsi zamanı onun ayaq nahiyəsində çoxsaylı sınıqlar olub. İlkin ehtimala görə, hadisəni törədən tərəf baş verən hadisəni ört-basdır etmək üçün zərərçəkəni xəstəxanadan kənarlaşdırıb. Lakin Cəlilabad rayon polis şöbəsinə dərhal mövcud məsələ ilə bağlı məlumat verilib.

Fakt araşdırılır. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm