Bu il də müəllimlərə təyinat verilməyəcək
Bizi izləyin

Qırmızı.az

Bu il də müəllimlərə təyinat verilməyəcək

“Ali məktəbi bitirəndən sonra müəlimlərin sovet təcrübəsində olduğu kimi təyinatları bərpa olunmayacaq, bu, nəzərdə tutulmayıb”.

AzVision.az xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bildirib. Müəllimlərin təyinat məsələsinə toxunan nazir vurğulayıb ki, ümumiyətlə bu sistemin olması sosial iqtisadi kontekstdən asılıdır.


“Bu, mərkəzləşmiş, planlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. Məsələn, müasir Azərbaycanda illuziyamız bu olmalıdır ki, hansısa gənci onun seçdiyi yox, dövlətin seçdiyi şəhərdə, rayonda, kənddə fəaliyyət göstərməyə məcbur etmək olar. Vətəndaşların şəxsi azadlığı sovet təcrübəsindən kifayət qədər fərqlənir. Tamamilə fərqli cəmiyyətdə və dəyərlərlə yaşayırıq”.


Nazir vurulayıb ki, müəllimlərin regionlarda fəaliyyətinin stimullaşdırılması istiqamətində işlər görüləcək.


“Regionlarda, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə güzəştlər edilir, torpaq sahələri verilir. Amma bu, kifayət etmir. Yenə də bizim bir çox rayon və kənd məktəblərində vakansiyaların sayı çoxdur və bu bizi narahat edir”.

Təhsil naziri daha sonra sosial şəbəkələrdə nazirliyin fəaliyyəti ilə bağlı aparılan müzakirələrdən söz açıb. M.Cabbarov rəhbərlik etdiyi qurum haqda səslənən iradları normal qarşıladığını gizlətməyib.


”Orda bütün fikirlər daha radikal xarakter daşıyır. Bu yaxşıdır, ya pisdir bu ikinci mövzudur. Bu ona bir işarədir ki, hər bir sosiumun öz fikirlərini hər hansı məhdudiyyət olmadan ifadə edən bir məkan olmalıdır. Azərbaycan demokratik ölkədir. Burada senzura yoxdur. Həmin fikirlər cəmiyyətdə qəbul olunmuş əxlaqi normaları və qanunvericilik qaydalarını pozmursa, həmin fikirlərlə tanış olmaq, cavab vermək bizim borcumuzdur. Proses həyata keçirdiyimiz işin nəticəsinə yönəldilməlidir. Təhsil xüsusi bir sahədir. Burada maraqları olan insanların sayı həddindən çoxdur. Daha yaxşı daha düzgün ünsiyyət rolunu axtarmağa çalışırıq. Biz peşəkar şəkildə verdiyimiz qərarların peşəkar məsuliyyətini də daşıyırıq Hamımızın niyyətimiz eynidir. Yəqin ki biz bunun rolunu fərqli görürük. Mən dövlət məmuruyam. Təhsil sahəsində həyata keçirdiyimiz iş mütləq şəkildə xalq tərəfindən seçilmiş dövlət başçısının iradəsini əks etdirir. Hansısa işləri bu və ya digər cəhətdən başa çatdıra bilmişiksə bu bizim nailiyyətimizdir. Başa çatdıra bilməmişiksə icraçı kimi olan qeyri mükəmməl yanaşmadan irəli gəlir. Bu məsələyə emosional yox, peşəkar şəkildə baxın. Bundan daha məhsuldar yol görə bilmirəm”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm