Bakı Yol Polisində yeni təyinat
Bizi izləyin

Qırmızı.az

Bakı Yol Polisində yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib.

AzNews.az-ın məlumatına görə, bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib.

Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.


Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.


Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm