Bakıda sərxoş sürücü qəza törədib qaçdı
Bizi izləyin

Qırmızı.az

Bakıda sərxoş sürücü qəza törədib qaçdı

Bakıda içkili vəziyyətdə sükan arxasına keçən sərxoş sürücü zəncirvari qəza törədib. Azadlıq prospekti ilə üzü şəhər istimqətində hərəkətdə olan “VAZ 2104” markalı minik maşının sürücüsü idarəetməni itirirək maşının qarşıda hərəkətdə olan “Tofaş” maraklı

Bakıda içkili vəziyyətdə sükan arxasına keçən sərxoş sürücü zəncirvari qəza törədib. Azadlıq prospekti ilə üzü şəhər istimqətində hərəkətdə olan “VAZ 2104” markalı minik maşının sürücüsü idarəetməni itirirək maşının qarşıda hərəkətdə olan “Tofaş” maraklı digər avtomobilə çırpıb. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı arakəsmələrə çırpıldıqdan sonra dayaınıb. Bu vaxt “Mazda” və “Nissan” maraklı digər maşınlar da qəzadan öz paylarını alıblar.

Qəzadan sonra “Jiquli”nin sürücüsü maşınını ərazidə ataraq hadisə yerindən qaçıb.

Amma zəncirvari qəza xəsarətsiz də ötüşməyib. Belə ki, həm “VAZ 2104”-də, həm də “Tofaş”da olan sərnişinlərdən biri xəsarət alıb.

Qəza prospektdə avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Bir neçə dəqiqəlik sıxlıq avtomobillərin götürülməsindən sonra aradan qaldırılıb.

Qəzanın təfərrüatları isə Binəqədi rayon polis idarəsində araşdırılacaq. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm