Qırmızı.az
“Mercedes” işıq dirəyinə çırpıldı - 3 yaralı var
Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində qeydə alınan hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Mercedes” markalı minik maşını elə gəldiyi sürətlə də maneəyə çırpılıb.
Məlumata görə, Yusif Səfərov küçəsi ilə üzü Cavanşir körpüsü
istiqamətində hərəkətdə olan avtomobil döngədə idarəetmədən çıxaraq
işıq dirəyinə çırpılıb.
Toqquşma o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq yola
aşıb. Qəzaya uğrayan maşını və yola aşan işıq dirəyini ərazidən
götürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin
xilasediciləri cəlb olunub.
Bundən əlavə baş verə biləcək hər hansı yanğının faktının qarşısını
almaq ücün maşına yanğınsödürmə balonları ilə də müdaxilə
olunub.
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardımla xəstəxanaya aparılıb. Xəstəxanadan
verilən məlumata görə, hər 3 yaralının vəziyyəti orta ağırdır. Amma
üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olmaması onların
kimliyi müəyyən etməkdə çətinlik yaradıb.
Yol nəqliyyat hadisəsi ilə bağlı xətai rayon polis idarəsində
araşdırmalara başlanılıb. Qəzasının səbəblərini müəyyən etmək üçün
avtotexniki və tibii ekspertizalar təyin ediləcək. Yalnız bundan
sonra hadisəyə tam hüquqi qiymət verilcək. /Ans/
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü