22 min müəllim sınağa çəkildi
Bizi izləyin

Qırmızı.az

22 min müəllim sınağa çəkildi

Artıq Sınaq Qiymətləndirmədə 22 000-ə qədər müəllim iştirak edib. Son Qiymətləndirmə bu gün keçiriləcək.

Publika.az Bakı Şəhər Təhsil İdarəsinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, bu barədə nazirliyin müəllimlərə müraciətində bildirilir. Qeyd olunur ki, Cavab Kartlarının emalı prosesi gedir:

"Bütün Cavab Kartları emal olunduqdan sonra saytımızda xüsusi olaraq yaradılacaq bölmədə Buraxılıış Vərəqinizdə göstərilən iş nömrəsi və soyadınızı daxil etməklə nəticələrinizi öyrənə biləcəksiniz."


Qeyd edək ki, iyunun 10-dan etibarən Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm