
Nazirlik İraqdakı Türkiyə vətəndaşlarına yenidən xəbərdarlıq edib
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi İraqdakı İŞİD böhranı ilə əlaqədar yenidən xəbərdarlıq edib. Nazirlik İraqdakı Türkiyə vətəndaşlarının təcili ölkəni tərk etmələrini istəyib.
Açıqlamada “fövqəladə hadisələrlə əlaqədar yenidən xəbərdarlıq edilmişdir” ifadəsi də yer alıb.
Vüsal Tağı