İki gözəllik salonuna xəbərdarlıq edilib
Bizi izləyin

Qırmızı.az

İki gözəllik salonuna xəbərdarlıq edilib

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən, fiziki şəxs Zeynalova Məsumə Abdulla qızına məxsus “VİP Şadi Studio” və Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən fiziki şəxs Nadejda Stupnitskaya Dimitriyevnaya məxsus “Lady house” gözəllik salonlarında göstərilən xidmətlərin standartın tələblərinə uyğunluğu araşdırılıb.

Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilib.

Bundan başqa kosmetik vasitələrin üzərində Azərbaycan dilində məlumatların əks olunmadığı müəyyən edilib. Həmçinin, müəssisədə çalışan personalın tibbi kartları və peşə təhsilini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib.

Sözügedən gözəllik salonlarında aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm