QHT qanunvericiliyi ilə bağlı Dəyirmi Masa keçirilib
Bizi izləyin

Qırmızı.az

QHT qanunvericiliyi ilə bağlı Dəyirmi Masa keçirilib

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində yaradılan Hüquq və Monitorinq Komissiyası və “Kemoniks İntereneşnl” Təşkilatının ABŞ Beynəlxaq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə həyata keçirdiyi İnkişaf naminə yerli bacarıqların artırılması layihəsi (BLCD) çərçivəsində “QHT qanunvericiliyi sahəsində qanunvericilik təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirib.

Dəyirmi Masanın mövzusu barədə məlumat verən Hüquq və Monitorinq Komissyasının sədri Əliməmməd Nuriyev və BLCD layihəsinin rəhbəri Morana Smodlaka tədbirin QHT qanunvericiliyinə sonuncu dəyişikliklərdən sonra yaranmış vəziyyəti müzakirə etmək və bu sahədə çətinliklərin aradan qaldırılması məqsədini daşıdığını bildiriblər.

Əsasən QHT qanunvericiliyi sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə keçirilən Dəyirmi Masada əsas məruzə ilə çıxış edən Əliməmməd Nuriyev QHT qanunvericiliyinə sonuncu dəyişikliklərin daha çox vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına xidmət etdiyini bildirib və həmin dəyişikliklərin qüvvəyə minməsindəm sonra meydana çıxan çətinliklərdən danışıb. Ə. Nuriyev həmçinin qeyd edib ki, Komissiya qısa müddət ərzində QHT qanunvericiliyinə edilən son dəyişikliklərin icrası ilə bağlı monitorinq aparıb və yerli QHT-lərin üzləşdiyi problemləri təhlil edib. Əliməmməd Nuriyev qeyd edib ki, son dəyişikliklərə dair yerli QHT-lər, xüsusilə də region QHT-ləri arasında məlumatsızlıq mövcuddur və bu problemi aradan qaldırmaq üçün BLCD layihəsi çərçivəsində Qəbələ və Gəncə şəhərlərində ümumilikdə 24 rayonu təmsil edən QHT-lərlə görüş keçirilib. Hal-hazırda QHT-ləri narahat edən məsələlərdən biri qrant müqaviləsinin qrant müqavilələrinin qeydiyyatı ilə bağlı çətinliklərlə bağlıdır.

Tədbirdə çıxış edən ekspertlər Məhəmməd Quluzadə, Azər Mehtiyev, Sahib Məmmədov, Mirəli Hüseynov, Solmaz Əliyeva, Şahin Camalov, İradə Rzazadə, Vaqif Hüseynov, Nurlana Əliyeva, Kazım Əliyev, Hafiz Həsənov QHT qanunvericiliyinə sonuncu dəyişikliklərdən sonra həm praktikadan, həm də qanunvericilikdən irəli gələn problemlərdən danışıblar və bu problemlərin aradan qaldırılması ilə bağlı müvafiq dövlət orqanları təmsilçiləri ilə müzakirələri vacib hesab ediblər. Çıxış edənlər həmçinin hazırda qrantların qeydiyyatı prosesində yaranmış çətinliklərdən narahatlıqları önə çəkiblər.

Dəyirmi Masada həmçinin bildirilib ki, indiki halda QHT-lərin fəaliyyətində hüquqi və praktik problemlərin müəyyən edilib daha çevik aradan qaldırılması üçün Hüquq və Monitorinq Komissiyasının indiki tərkibinin Ədliyyə, Maliyyə Nazirliyi və Vergilər Nazirliklərinin, Mərkəzi Bankın və QHT təmsilçilərinin hesabına genişləndirilməsi zəruridir.

Tədbirin sonunda bu sahədə fəaliyyətlərin davamlı olması və bu prosesdə QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində yaradılan Hüquq və Monitorinq Komissiyası mühüm rol oynadığı qeyd olunaraq hazırlanan təkliflər paketinin Şuraya təqdim olunması və müvafiq dövlət orqanları təmsilçiləri ilə müzakirələrin təşkil olunacağı bildirilib. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm