Azərbaycan ilə Aİ arasında sənəd imzalanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan ilə Aİ arasında sənəd imzalanıb

Azərbaycan ilə Avropa İttifaqı arasında sənəd imzalanıb

İyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanmışdır.


Sənədi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa İttifaqı Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkəninin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzaladılar.(Trend.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm