
Bakı-Qazax yolunun 67-ci kilometrliyində, Qobustan rayonu ərazisində ağır qəza baş verib.
Bu barədə Axar.az-ın hadisə yerində olan müxbiri məlumat verib.
Qəzaya 937 HE 159 Rusiya dövlət nömrə nişanlı meyvə-tərəvəz yüklü “Qazel” markalı avtomobilin idarəetməni itirərək aşması səbəb olub. Hadisə nəticəsində “Qazel” sürücüsü ağır xəsarət alıb.
Hadisə yerinə DYP və FHN-nin xilasediciləri gəlib.