Vitse-spiker icra başçısı ilə vətəndaşları qəbul etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Vitse-spiker icra başçısı ilə vətəndaşları qəbul etdi - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini dinləyir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini dinləyir.

Publika.az xəbər verir ki, növbəti səyyar qəbul-görüş rayonun Aşağı Yağlıvənd kəndində keçirilib. Səyyar qəbul-görüşdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd edib ki, müraciətlərə diqqətlə yanaşılması, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biridir.

Alı Alıyev bildirmişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova səyyar qəbulda çıxış edib.

Görüşdə kənd sakinlərinin müraciətləri, arzu və təklifləri dinlənilib. Kənd sakinləri tərəfindən uşaq bağçasının inşası, işıq, su təchizatı, daxili yolların təmiri ilə bağlı qaldırılan təkliflər icra başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm