
Üç nəfər bir gündə suda boğulub.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, Sabirabad rayonu Cavad kənd sakini Vüsal
Rüstəmov kəndin ərazisindən keçən su kanalında çimərkən
boğulub.
Saatlı şəhər sakini Rəvan Əliyev şəhərin ərazisindən keçən kanalda
çimərkən boğulub.
Gəncə şəhər sakini, azyaşlı İsmayıl Nəsibov yaşadığı evin həyətində
oynayarkən hovuza yıxılıb və köməksiz vəziyyətdə qalaraq
boğulub.