Klinik Xəstəxanada dəhşətli qətl: həkimlər həmkarlarını öldürdü
Bizi izləyin

Qırmızı.az

Klinik Xəstəxanada dəhşətli qətl: həkimlər həmkarlarını öldürdü

Mərkəzi Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının terrorunun qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Adı çəkilən xəstəxananın həkimləri Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, belə halda mədənin yuyulmağının düzgün olmadığını bildirib.

İradlarına baxmayaraq, Mərkəzi Klinik Xəstəxananın həkimləri yanlış prosesə davam ediblər və nəticədə Ceyhun Bədəlov dünyasını dəyişib.

Mərkəzi Klinik Xəstəxananın həkimlərinin səs yazıları, öz həmkarları olan xəstə ilə kobudluqları və pul müzakirələrinə aid səs yazıları var və yaxın günlərdə oxuculara təqdim ediləcək.

Qeyd edək ki, Ceyhun Bədəlov filoloq-alim, Axar.az saytının yazarı Təhminə Bədəlovanın həyat yoldaşıdır.

Həmkarımıza dərin hüznlə başsağlığı veririk.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm