Arvadı ilə dalaşdı, evini yandırdı
Bizi izləyin

Qırmızı.az

Arvadı ilə dalaşdı, evini yandırdı

Mingəçevir sakini evini yandırıb.

Mingəçevir Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə şəhərin Mingəçevir küçəsində qeydə alınıb.

İlkin ehtimala görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Qonşuların polisə müraciətindən sonra hüquq muhafizə orqanları dərhal hadisə yerinə gəlib. Amma evin sahibəsi, 1973-cü il təvəllüdlü Şəmsiyyə Nəsibova hadisəni həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mirzə Nəsibovun törətdiyini deyib.

Məlumata görə, hadisədən öncə ər və arvad arasında ailə-məişət mübahisəsi olub. Bundan əsəbiləşən kişi evini yandırmağa cəhd edib. Mirzə Nəsibov saxlanılıb.

Hələlik faktla bağlı araşdırmalar aparılır.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm