Qırmızı.az
Dəmiryol vağzalında həyəcan (FOTO)
"Azərbaycan Dəmir Yolları" QSC-nin 18 may 2014-cü il tarixdə Bakı sərnişin stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti mülki müdafiə məşqi kecirilib.
TREND-in "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Bakı
sərnişin stansiyasının rəhbər işçiləri, Fövqəladə Hallar
Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti,
stansiya ərazisində yerləşən digər dəmir yolu və qeyri dəmir yolu
müəssisələrinin işçiləri məşqə cəlb olunub.
Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın ərazisində
yerləşən obyektlərin müki müdafiə planlarının reallığını əks
etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında müki müdafiə
qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə
yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə
yerindən məlumatların toplanması, obyekt rəhbərinin, müki müdafiə
qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının
təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının
hərtərəfli dərindən təhlil edilməsi idi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin
təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə
keçirilən məşqdə stansiyanın ərazisində yerləşən obyekt rəhbərləri
və Fövqəladə Hallar Komissiyasının üzvləri, müki müdafiə qüvvələri
iştirak edirdlilər.
Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və Hərəkətin
təhlükəsizliyi üzrə Baş texniki müfəttişi Oqtay Abbasovun şəxsi
nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.
Bakı sərnişin stansiyasında keçirilən obyekt məşqi həyəcan
siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər Mülki Müdafiə
Qərargahı rəhbərinin yanında toplandılar. Obyekt rəhbəri,
stansiyasının rəisi Nizaməddin Eminov məlumat verdi ki, şərti
olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində inzibati
binada yanğın, 3-cü yolda vaqonda partlayış baş verib, yanğından və
partlayışdan zərər çəkənlər və xəsarət alanlar var.
Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün
MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək
vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi.
İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və
postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün
tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində
"Yanğın həyəcanı" siqnalı verildi. Kəşfiyyat manqası əraziyə daxil
olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa
komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM
rəhbərinə məruzə etdi. Yanğından mühafizə və xilasetmə manqaları
əraziyə daxil oldu, işçilər və sərnişinlər kassa zalından, sərnişin
vaqonundan təxliyyə olundu, mövcud vasitələrlə yanğın ocaqları
söndürüldü. Yaralılar ərazidən kənarlaşdırıldı. Yaralılara ilkin
tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə
aparıldılar. Stansiyanın bərpa manqası, Gigiyena və epidemologiya
mərkəzinin və Sanitar-karantin müfəttişliyinin dezinfeksiya
manqaları əraziyə yaxınlaşaraq bərpa və dezinfeksiya işlərinə
başladı.
Məşqdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə
baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev
çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin
qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə
minnətdarlıq etdi.
Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Sərnişin daşımaları Departametinin baş mühəndisi Azər Nağıyev və stansiyanın rəhbər işçiləri iştirak edirdilər.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO