Bakıda intihara cəhd hadisəsi baş verib – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda intihara cəhd hadisəsi baş verib – FOTOLAR

Bu gün saat 12:00 radələrində Bakı şəhəri 3-cü mikrorayon dairəsində yerləşən körpünün üzərində intihara cəhd hadisəsi baş verib. Kimliyi məlum olmayan naməlum kişi körpünün üzərində özünü asmaq istəyib.

Musavat.com-a verilən məlumata görə, hadisə yerinə yüzə yaxın insan toplaşıb. Onların xahişinə məhəl qoymayan təxminən 45-50 yaşlarında olan kişi hər şeydən bezdiyini və özünü öldürmək istədiyini bildirib.

İntihara cəhd edən şəxs əl-qol hərəkətləri ilə heç kəsi yaxına buraxmaq istəməyib. Ona yaxınlaşacaqları halda kəndiri boğazına keçirib, körpünün üzərindən özünü aşağı atacağını bildirib.

Hadisə yerində olan şahidlərin məlumatına görə, intihara cəhd edən şəxs yaşayışının aşağı səviyyədə olmasından şikayətlənərək, artıq ailəsini dolandıra bilmədiyinə görə ölmək istədiyini körpü ətrafına toplaşan insanlara söyləyib.

Hadisə yerinə gələn polis əməkdaşlarının və insanların xahişlərindən sonra kişi intihar etmək fikrindən vaz keçib. Polislər əməkdaşları onu bölməyə aparıblar. Onun hansı bölməyə aparıldığı haqda hələlik məlumat yoxdur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm