Sergey Lavrov Bakıda Ermənistanı məyus etdi
Bizi izləyin

Qırmızı.az

Sergey Lavrov Bakıda Ermənistanı məyus etdi

Sergey Lavrov Bakıda Ermənistanı məyus etdi

“Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı Azərbaycana heç bir rəsmi dəvət olmayıb”.

Publika.az-ın məlumatına görə, bunu Bakıda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

Daha sonra S.Lavrov deyib: “Ancaq rəhbər şəxslərin rəsmi görüşlərində bu məsələ müzakirə olunub. Tərəfdaşlarımızın bura qoşulması ilə bağlı istənilən müraciətinə müsbət yanaşarıq”.

S.Lavrov həmçinin qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir əlaqəsi yoxdur: “Bunu Rusiya, Qazaxıstan və Belarus dövləti yaradıb. Yaxın vaxtlarda isə bu quruma Ermənistan da qoşulacaq. Ermənistan BMT prinsipləri çərçivəsində təsdiq olunmuş sərhədləri ilə Avrasiya İttifaqına daxil olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm