Qırmızı.az
Bu il Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi barədə təklifini şərh edib.
Publika.az-ın məlumatına görə, nazir E.Məmmədyarov bu gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib ki, Fransa prezidenti Fransua Olland Bakıda səfərdə olarkən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təklif verib:
“Biz Fransa tərəfindən konkret cavab gözləyirik. Hazırda bu barədə dəqiq məlumatım olmadığı üçün əlavə heç bir söz söyləyə bilmərəm”.
Rusiyalı həmkarı S.Lavrovla keçirdiyi görüşdən E.Məmmədyarov deyib: “Biz hər il görüşürük. Bundan əvvəl Moskvada, bu il isə Bakıda görüşürük. Prezident Vladimir Putin də ötən il Bakıda rəsmi səfərdə olub. Rusiya ilə münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Hazırda Rusiya–Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Qonşu dövlətlərik və ikitərəfli ticarət dövriyyəsi hər il daha da artır. Güman edirik ki, bu ilin sonunadək ümumi ticarət dövriyyəsi 3 milyarda çatacaq. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir. Biz bu gün keçirilən görüşdə də Dağlıq Qarabağ, Yaxın Şərq, Ukrayna və digər məsələləri müzakirə etmişik”.
Rusiyanın xarici işlər naziri S.Lavrov da Bakıya səfərinin əhəmiyyətli olduğunu söyləyib: “Bu səfər çox məhsuldar oldu. Biz Xəzər dənizinin hüququ statusu və digər məsələləri müzakirə etmişik. Ötən il Rusiyadan Azərbaycana intensiv şəkildə nümayəndələr gəlib-gedib. Bu il isə onların sayı daha da artıb.
Bu yaxınlarda Qəbələdə Azərbaycan–Rusiya regional forumu keçiriləcək. Həmin foruma 200-dən çox nümayəndə qatılacaq. Foruma Azərbaycan və Rusiya prezidentləri də öz töhfələrini veriblər”.
Vasif Həsənli
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB