Moskvada çeçen “vor zakon” öldü
Bizi izləyin

Qırmızı.az

Moskvada çeçen “vor zakon” öldü

Moskvada çeçen “vor zakon” öldü

Moskvada çeçen “qanuni oğru” dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı çeçen “qanuni oğru” Mairbek Dakayev Moskva klinikalarının birində böyrək çatışmazlığından vəfat edib.

Kriminal aləmdə “Mayer” ləqəbi ilə tanınan Dakayev 1999-cu ildə “vor zakon” Zaxari Kalaşov (ləqəbi Şakro Molodoy) tərəfindən taclandırılmışdı. Halbuki oğru adı alarkən “Mayer”in bir gün də olsun həbsxana stajı yox idi. Ancaq tacqoyma mərasimi ona uğur gətirmədi. Cəmi 6 ay sonra Dakayev Moskva polisi tərəfindən yaxalandı. Onun üzərində heroin aşkarlandı. “Mayer” polislərə elə yerindəcə 150 min dollar rüşvət təklif etdi. Ancaq polislər təklifi rədd etdilər.

Bundan sonra Dakayev uzun müddət həbsdə qaldı. Ehtimal ki, elə xəstəliyə də həbsxanada düçar olub.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm