Qırmızı.az
Bakıda qalmaqallı məktəbin müəllimi qovuldu
Azərbaycan Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində uşaqların saxlanması vəziyyətini qiymətləndirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı
tərəfindən dövlət uşaq müəssisələrində hər il monitorinqlər
keçirilir. Bununla yanaşı, Nazirlər Kabineti yanında Yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
Komissiyanın 2013-cü il 12 aprel tarixli iclasının qərarına əsasən,
2013-cü il tarixində dövlət uşaq müəssisələrində monitorinqlərin
aparılması üçün aidiyyəti qurumların məsul nümayəndələrindən ibarət
ekspert qrupu yaradılıb. Qrup tərəfindən dövlət uşaq
müəssisələrində 2013-cü ilin mart-noyabr ayları üzrə nəzərdə
tutulan monitorinqlər təsdiq olunmuş cədvələ uyğun aparılıb.
Bundan əlavə, Azərbaycan Təhsil Nazirliyinin əmri ilə nazirliyin
sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların
saxlanması vəziyyətinin öyrənilməsi məqsədilə Monitorinq Qrupu
yaradılıb və qrup tərəfindən 2013-cü ilin iyul ayından internat
məktəblərində monitorinq keçirilib.
Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması
üçün zəruri tədbirlər görülüb və bu istiqamətdə işlər davam
etdirilir.
Nazirlik bildirir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 7
nömrəli xüsusi internat məktəbinin əmək hazırlığı müəllimi Aidə
Hüseynova antipedaqoji hərəkətlərə yol verdiyi üçün Bakı şəhəri
Suraxanı rayon Prokurorluğunun 2013-cü il 8 noyabr tarixli 287c-13
nömrəli təqdimatına və Suraxanı rayon İcra Hakimiyyəti yanında
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə Komissiyanın 2013-cü il 17 sentyabr tarixli qərarına əsasən,
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç"
bəndinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam
verilib.
Dövlət uşaq müəssisələrində videokameralar quraşdırıldıqdan sonra
həmin müəssisələrdə uşaqların saxlanması vəziyyəti, onlara
göstərilən xidmətlə bağlı hər hansı neqativ halın
aşkarlanıb-aşkarlanmamasına gəldikdə, Təhsil Nazirliyi bildirib ki,
aparılan çoxsaylı monitorinqlər zamanı internat məktəblərində
uşaqların saxlanılması vəziyyəti və onlara göstərilən xidmətlə
bağlı neqativ hal aşkarlanmayıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi