
Goranboy rayonu, Səmədabad kəndində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 2 ton ot bağlaması yanıb.
Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, ərazidəki otlaq sahəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Beyləqanın Dünyamalılar kəndində isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Ərazidəki otlaq sahəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.