Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikası Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikası sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı nazir Kəmaləddin Heydərov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində Tehranda aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Fövqəladə Hallar Nazirliyi nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən sahələrində əməkdaşlığın gücləndirlməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olmuşdur.

İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tac səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləmişdir.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

İran nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi ilə tanış olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm