
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda “Facebook” sosial şəbəkəsinin bağlanması ilə bağlı açıqlama verib.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzNews.az-a
bildirib ki, “Facebook”a girişlə bağlı yaranan problem Azərbaycanla
bağlı deyil: “Ölkədə internetin verilməsində heç bir problem
yoxdur.
“Facebook” beynəlxalq sosial şəbəkədir. Digər tərəfdən də bunun
Azərbaycanda istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb”.
Qeyd edək ki, bu gün saat 12.50 radələrində “Facebook” sosial
şəbəkəsinin fəaliyyətində problem yaranıb. Səhifəyə daxil olan
minlərlə şəbəkə üzvü "Sorry, something went wrong" ("Bağışlayın,
bir şeylər yanlış oldu") xəbərdarlığıyla qarşılaşıblar.