Qırmızı.az
DSMF keçirdiyi sorğunun nəticələrini açıqladı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Budəfəki sorğu zamanı respondentlərə “Sizcə, “Pensiya+” xidməti sizə hansı üstünlükləri verir?” sualı ünvanlanıb.
Sorğuda iştirak edənlərin çoxu – 69,93%-i bildirib ki, “Pensiya+” xidməti plastik kartlar vasitəsilə vəsaitin nağdlaşdırılması hallarını azaldıb. Respondentlərin 18,18%-inin fikrincə, bu xidmət nağdsız hesablaşmaların əhatə dairəsini genişləndirib. Rəy bildirənlərin 11,89%-i isə “Pensiya+” xidmətinin hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı verdiyini qeyd edib. Sorğunun nəticələrindən göründüyü kimi, respondentlərin böyük əksəriyyətinin fikrinə əsasən, “Pensiya+” xidməti plastik kartlar vasitəsilə vəsaitin nağdlaşdırılması hallarını azaldıb.
“Pensiya+” xidməti əmək pensiyaçılarının öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vastəsi kimi istifadə etməsinə nail olmaq istiqamətində həyata keçirilən tədbirlərdəndir. Bu xidmət çərçivəsində Azərbyanca Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılır. Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmur.
Ölkəmizdə 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsinə başlanılıb. Ötən dövrdə pensiyaların plastik kartlarla ödənişinin bütün pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib.
Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,7 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.
DSMF-nin internet saytında dövrü olaraq bu tipli sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!