AZTV-nin əməkdaşını maşın vurdu: Başından zədə alıb
Bizi izləyin

Qırmızı.az

AZTV-nin əməkdaşını maşın vurdu: Başından zədə alıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova “VAZ-2106” markalı avtomobil tərəfindən vurulub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova “VAZ-2106” markalı avtomobil tərəfindən vurulub.

Bu haqda onun yaxın qohumu məlumat verib.

Hadisə jurnalistin yaşadığı evin yaxınlığında baş verib. Taxta yüklənmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü maşını arxaya sürərkən Ağanisənin baş nahiyyəsi sıxılaraq daş divarın arasında qalıb. Nəticədə o, huşunu itirib, sürücü isə hadisə yerindən qaçıb. Onun maşınının nömrəsi şahidlərin sözlərinə görə, 10 AZ 045 olub, ancaq nömrənin dəqiq 045 olduğu hələlik bəlli deyil.

"Ağanisə Sultanova Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun baş nahiyyəsinin hansı səviyyədə zədə alması sabah bilinəcək. Xəstəxanaya yenicə gətiriləndə bərk sayıqlayırdı, "Mən hardayam, işə getməliyəm" deyirdi. Hətta, bir qohum kimi məni də tanımırdı, ancaq indi huşu özünə gəlib", - deyə jurnalistin qohumu bildirib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm