Qırmızı.az
Bakı yol polisindən xəbərdarlıq
Bakı şəhər yol polisi intizamsız sürücülərə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin
Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin
rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki,
Bakının mərkəzi küçələrində - Zərifə Əliyeva, Tərlan Əliyarbəyov,
H.Z.Tağıyev, Yusif Məmmədəliyev, Rəsul Rza, Xaqani, Cəfər Cabbarlı,
Xaqani parkının ("Malakan bağı") ətrafı və digər küçələrdə 95
parkomatın quraşdırılmasına baxmayaraq, sürücülər yenə də dayanma,
durma, parklama qaydalarının pozulması hallarına yol verir.
V.Əsədov deyib ki, quraşdırılan parkomatlar hesabına avtomobillərin
sərbəst saxlanılmasına şərait yaradılıb. Lakin aparılan müşahidələr
və tərtib edilmiş protokollar, eləcə də gün ərzində evakuasiya
edilən avtomobillər və ya hazırlanmış fotomaterialların təhlili
göstərir ki, sürücülər hələ də qadağan olunmuş ərazilərdə dayanmağa
üstünlük verirlər.
Bakı şəhər polisi xəbərdarlıq edir ki, qadağan olunmuş ərazilərdə
park edilən avtomobillər qəti şəkildə mühafizə olunan dayanacaqlara
evakusiya vasitəsilə aparılacaq: "Xahiş edirik ki, narazılığın
yaranmaması, eləcə də Bakı şəhəri ərazisində süni hərəkət
sıxlığının yaranmaması məqsədilə sürücülər diqqətli olsunlar və
qanuna riayət etsinlər".
V.Əsədovun sözlərinə görə, gün ərzində Bakı şəhərində təxminən
400-ə yaxın avtomobil sürücüsü barədə dayanma, durma, parklama
qaydalarının pozulmasına görə protokol tərtib edilir. Əvvəlki
aylara nisbətən azalma müşahidə edilsə də, bu sahədə vəziyyət
qənaətbəxş deyil.
Qeyd edək ki, Bakıda getdikcə parkomatların sayı artırılacaq. İlin
sonunadək 1000 parkomat gətirilərək quraşdırılacaq. Hazırda Bakıda
müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq
mərhələsindədir. Bəzi yerlərdə isə parkomatlardan istifadə edilməsi
üçün artıq qiymətlər də aşağı salınıb:
"Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Səhər saat 08:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manata düşür. Ödəniş aylıq deyil, gündəlik olanda saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər".
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı