
Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırılıb.
Publika.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən
növbədənkənar plenar iclasında müzakirə edilən “İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”
qanuna edilən yeni dəyişikliklərə əsasən müvafıq icra hakimiyyəti
orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında
şəhadətnaməyə əsasən də sığorta hadisəsi müəyyən oluna bilər.
Layihəyə əsasən, sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Asif