Heroin və gümüş qaçaqmalçıları yaxalandı
Bizi izləyin

Qırmızı.az

Heroin və gümüş qaçaqmalçıları yaxalandı

MTN külli miqdarda heroin və gümüş qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirib.

Milli Təhlükəsizlik Nazirliyi (MTN)İctimai əlaqələr mərkəzindən Publika.az-a verilən məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar.

Belə ki, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılmışlar. Məlum olmuşdur ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən 1 kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətirmişlər.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılmış, baxış zamanı təxminən 1 kiloqram heroin aşkar edilərək götürülmüşdür.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Rrespubliası Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılmış, İlhamiz Qurbanov, Vidadi Ağayev və Əhməd Hüseynzadə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində uzun müddət İran İslam Respublikasından və Tacikistandan Rusiyaya qaçaq yolla narkotik vasitələrin daşınması ilə məşğul olan Qırğızıstan vətəndaşı Djuşanlo L.T., Tacikistan vətəndaşı Kalonov A.A. və Rusiya Federasiyasının vətəndaşı Abdullayev Ş.A. Moskva şəhərində saxlanılmışlar. Baxış zamanı 135 kiloqram heroin aşkarlanaraq götürülmüşdür. Faktla bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanılmışdır.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanmışlar.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil etmişlər. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmış, Azad Səlimli, Əflatun Hacıyev və Qadir Hümbətəliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm