Əmək müqaviləsi bildirişləri ilə bağlı qaydalar nazirliyin saytında yerləşdirilib
Bizi izləyin

Qırmızı.az

Əmək müqaviləsi bildirişləri ilə bağlı qaydalar nazirliyin saytında yerləşdirilib

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Qaydalar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə ƏƏSMN tərəfindən hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilib.

Sənəddə əmək müqaviləsi bildirişinin formaları və həmin bildirişin elektron informasiya sisteminə (EİS) daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi və müvafiq Əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır. EİS vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə, bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Sistemdə qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.

Elektron informasiya sistemi cari ilin iyulun 1-i tarixindən istifadəyə veriləcək. İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi və geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm