Qırmızı.az
Avtobus TIR-la toqquşdu, yaralılar var
Bu gün günorta saatlarında Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəza törədib, yaralananlar var.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsindən Publika.az-a verilən məlumata görə, bu gün saat 15:10 radələrində “Meyvəli” bazarının yanında 196 nömrəli marşrut yük maşını ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfəri yaralanıb. Onlar dərhal Təcili Tibbi Yardım maşını ilə xəstaxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı Şəhər Təcili və təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a bildirilib ki, Qaradağ rayonu ərazisində 196 saylı xəttə üzrə hərəkət edən avtobus tırla toqquşub. Qəza nəticəsində avtobus aşıb və 7 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumatda bildirilib ki, yaralıların 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 4 nəfər isə Respublika Xəstəxanasına aparılıb. Yaralıların 3-ü qadın, 4-ü kişidir.
Təcili yardımdan zərər çəkənlərin sayının daha çox olmasını istisna etmədilər.
Gülxar
Səid
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?