Lənkəranski və Merab Suxumskinin klanından olan Timoxa niyə öldürülüb? - TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

Lənkəranski və Merab Suxumskinin klanından olan Timoxa niyə öldürülüb? - TƏFƏRRÜATLAR

Kriminal dünyanın bossları bu yaxınlarda qətlə yetirilmiş Timoxa ləqəbli Aleksandr Timoşenkoya ölüm fərmanının verilməsinin səbəblərini açıqlayıblar. Slavyan qruplaşmasının qanqsterləri bəyan ediblər ki, Timoxa 2009-cu ildə digər qanuni oğru Andrey Qolubevi (ləqəbi Skif) öldürtdüyünə görə “cəzalanıb”.

Andrey Qolubevə 2000-ci ildə qanuni oğrular Vladimir Savoskin (ləqəbi Savoska), Vitali İzqilov (Zver) və Vladimir Biryukov (Biryuk) tərəfindən “oğru tacı” verilmişdi. Biryuk həmin vaxt Belorusiya kriminalitetinin lideri sayılırdı. 2009-cu ildən başlayaraq bütün MDB ərazisində kriminal aləm 2 cəbhəyə bölündü: Aslan Usoyanın (Ded Xasan) və Tariel Onianinin (Taro) tərəfdarları.

Bu ərəfələrdə Usoyanın tərəfində olan Biryuk qəfil və müəmmalı şəkildə vəfat etdi. Belorusiyadan olan digər qanuni oğrular Aleksandr Timoşenko (Timoxa) və Dmitri Qaley (ləqəbi Qaley) Taronun klanına keçdilər. Rövşən Lənkəranski və Merab Suxumski də artıq bu klanda idi.

Belorusiyada tərəfdarlarınıın qalmaması Ded Xasanı narahat edirdi. Odur ki, “xaç ata”sı, Andrey Qolubevə (Skif) bu məsələni həll etməyi tapşırır. Skif qısa müddət ərzində Belorusiyada olan qanqsterlərin çoxunu öz ətrafına çəkə bilir. Belorusiyalı avtoritet Vitali Korsakov (ləqəbi Korsak) isə onun “sağ əli” olur. Bu cütlüyün nüfuzunun Belorusiyada güclənməsi Timoxa və Qaleyi narahat etməyə başlayır. Rəqib klan güclənirdi.

Timoxa məsələ ilə bağlı narahatlığını Merab Suxumskiyə çatdırır. Bundan sonra Skifin taleyi tükdən asılı qalır.

22 may 2009-cu ildə Moskvanın Volqoqrad prospektində Skif və Korsakın içində olduğu “CEEP” atəşə tutulur. Onların hər ikisi elə hadisə yerindəcə ölürlər.

Üstündən 5 il keçdikdən sonra isə Timoxa öldürülür. Xəbər verdiyimiz kimi, 2014-cü il mayın 1-də Moskvanın Odinçovo rayonunda kilsəyə gedən Aleksandr Timoşenkonu motosikletlərdə olan 2 killer güllələyir.

Ehtimala görə, Timoxanın qətlini slavyan qruplaşmasından olan Yuri Pinçuqin (ləqəbi Piçuqa) və Vasili Xristoforov (Vasya Voskres) sifariş ediblər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm