Yol 10 gün bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Yol 10 gün bağlı olacaq

İyun ayının 21-dən 22-ə keçən gecə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən (Karl Marks) 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol asfalt beton işləri ilə əlaqədar bağlanacaq.

Bunu Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P. Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəri müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.

P.Mürsəliyev əlavə edib ki, köməkçi yolda işlər təxminən bir həftə - 10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm