Dünyanın ən sülhsevər ölkələri siyahısında 123-cü pillədəyik
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən sülhsevər ölkələri siyahısında 123-cü pillədəyik

Dünya ölkələrinin “Qlobal Sülh İndeksi” siyahısı açıqlanıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Sidney Sülh və İqtisadiyyat İnstitutunun açıqladığı siyahıya əsasən, 162 ölkənin yer aldığı siyahıda Azərbaycan 123-cü ən sülhsevər ölkə kimi qərarlaşıb.

Siyahı tərtib edilərkən 22 göstərici əsas kimi götürülüb. Ukraynadakı siyasi gərginliyə görə ittiham edilən Rusiya siyahıda 152-ci pillədə, Ukrayna isə 151-ci pillədə qərar tutub. Bundan başqa, Türkiyə 128-ci, Gürcüsatn 111-ci, İran 131-ci və Ermənistan isə 97-ci ən sülhsevər ölkə kimi qeyd olunublar. ABŞ siyahıda 101-ci yeri tutub.

Vətəndaş müharibəsinin davam etdiyi Suriya isə 162 ölkə arasında sonuncu pillədə mövqe tutub. Qeyd edək ki, reytinq cədvəlinə görə İslandiya dünyanın ən sülhsevər ölkəsidir.

İşğalçı Ermənistanın Azərbaycandan öndə olması siyahının qeyri-obyektiv hazırlandığını deməyə əsas verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm