Təqaüdçünün hesabından pul oğurlamış şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Təqaüdçünün hesabından pul oğurlamış şəxs tutuldu

Bakıda təqaüdçü qadının hesabından pul oğurlamış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 18-də Buzovna qəsəbə sakini Mürsəl Kazımova məxsus Beynəlxalq banka aid təqaüd kartı oğurlanıb və Səbail rayonu ərazisində hesabından 194 manat çıxarılıb.

Xəzər Rayon Polis İdarəsu 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Paşayev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm