Qırmızı.az
Rövnəq Abdullayev Qusara getdi
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qusar rayonuna səfər edib.
Şirkətdən Publika.az-a verilən məlumata görə, R.Abdullayev bir
neçə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə
keçirilən tədbirlərdə iştirak edib.
Belə ki, Qusarın Samur qəsəbəsinə, İmamqulukənd kəndinin yeni
salınmış yaşayış massivinə və Yeni Tahircal kəndinə təbii qaz
verilib.
Sakinləri təbrik edən şirkət prezidenti çıxışında bildirib ki,
respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər
bundan sonra da davam etdirələcək.
Qeyd edək ki, ümumilikdə 857 abonenti olan yaşayış məntəqələrinin
qazlaşdırılması məqsədi ilə 86,6 kilometr uzunluğunda müxtəlif
diametrli qaz kəmərləri, o cümlədən, 7,8 kilometr uzunluğunda
daşıyıcı qaz xətti çəkilib.
Hazırda rayonun Kufoba kəndində (85 ev) paylayıcı küçə qaz
xətlərinin, Qullar kəndində isə (72 ev) daşıyıcı və paylayıcı küçə
qaz xətlərinin çəkilişi işləri aparılır.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək