
“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.
Metropolitenin rəhbəri yeni ştat vahidi yaradaraq növbəti kadr təyinatı edib.
"Bakı Metropoliteni”QSC-dən verilən açıqlamada bildirilib ki, metropolitendə kadrlar şöbəsinin rəis müavini ştatı açılıb. QSC sədrinin əmrinə əsasən, Azər Əbülfət oğlu İsmayılov "Bakı Metropoliteni”ndə kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. /Modern.az/