Həkim əməliyyat üçün 1200 manat istəyir (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Həkim əməliyyat üçün 1200 manat istəyir (YENİLƏNİB)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a bildirib ki, Nəcibə Məmmədovaya xəstəxana tərəfindən təklif edilən məbləğ aparatın qiymətidir.

“Əməliyyat zamanı xəstənin ayağına "Yelizarov" adlı aparat yerləşdirilməlidir. Bu aparat dövlət tərəfindən təmin edilmir. Həmin aparatın qiyməti 300-1200 manat arasında dəyişir. Həkim də xəstə yaxınlarına aparatın qiymətini deyib. Onların imkanı hansı aparata çatsa, onu da ala bilərlər”.

A.Qədirli bildirib ki, xəstə yaxınları nazirliyin “Qaynar xətt” xidmətinə də müraciət ediblər. Oradan da eyni cavab verilib. Bu aparatı aldıqları halda xəstənin əməliyyatı pulsuz həyata keçiriləcək.

17:13

"Həyat yoldaşım Nəcibə Məmmədova 3 gün əvvəl avtomobil qəzasına düşüb. Qolu və çanaq sümüyü sınıb. Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Xəstəxanaya düşəndən həkimlər ancaq pul istəyirlər. Bu gün isə əməliyyat üçün 1200 manat istədilər. Bu pulu ödəməyə imkanım yoxdur". Bu barədə Publika.az-a Məhəmməd Məmmədov məlumat verib.

M.Məmmədov bildirib ki, bu məbləği onlardan İnsititutun şöbə müdiri İlham Seyidov istəyib.

“Bizə dedilər ki, pulu ödəməsəniz əməliyyat etməyəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm