"Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi keçirilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

"Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi keçirilir - FOTOLAR

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışları keçirilir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 22-də yarış iştirakçıları Bakı şəhərində Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.

Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın məzarları ziyarət edilib.

İyunun 23-də Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini ifadə edib.

Beynəlxalq yarış çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayırlar.

Yarışların bağlanışı mərasimi iyun ayının 28-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm