Qırmızı.az
Metroda növbəti təşviş – FOTOLAR (YENİLƏNİB)
"“Elmlər Akademiyası” stansiyasında eskalatorlardan biri təmirə bağlanıb. Təmir işləri bir neçə ay davam edəcək”. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, “Elmlər Akademiyası” stansiyasında
eskalatorların istismar müddəti demək olar ki, başa çatıb: “Bu
səbəbdən eskalatorlar tez-tez təmirə bağlanır. “Elmlər Akademiyası”
stansiyasındakı eskalatorun da işləməməsinin səbəbi təmir işləri
ilə əlaqədardır”.
N.Paşayev bildirdi ki, “Elmlər Akademiyası” stansiyasında
eskalatorlardan birində aparılan təmir işləri təxminən 2 ay davam
edəcək.
Qeyd edək ki, artıq bir neçə gündür ki, qeyd edilən stansiyada
eskalatorladan birinin fəaliyyəti dayandırılıb. Ona görə də
stansiyada insan sıxlığı müşahidə olunur.
10:34
Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb.
AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə,
təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə
eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq
yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.
Nəticədə 100-lərlə sərnişinin stansiyadan çıxmasında çətinlik
yaranıb və bu da ciddi narahatlığa səbəb olub.
Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı
eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə,
eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada
problemlər yaranır və biz də bu problemi bacardığımız qədər həll
etməyə çalışırıq”.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər