Qırmızı.az
Bakı yol polisinin gecə əməliyyatı
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iyunun 23-dən 24-nə keçən gecə paytaxt ərazisində kütləvi reydlər keçiriblər.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi,
polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, iyunun
23-dən 24-nə keçən gecə Bakı şəhərinin ərazisi üzrə - Nizami,
Xətai, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarında yol polisi
əməkdaşlarından ibarət qrup reyd keçirib.
Reyd zamanı sərxoş vəziyyətdə avtomobili idarə edən 40 sürücü, 4
avtoxuliqan, polisin qanuni tələbini yerinə yetirməməyə cəhd
göstərən 8, avtomobilində konstruksiya dəyişikliyi edən 11, yüksək
səs boğucu quraşdıran 12, yüksək tonlu və çoxavazlı səs siqnalı
olan 6, avtomobili sənədsiz idarə edən 14, təyin edilmiş cərimə
məbləğini vaxtında ödəməyən 30-a yaxın sürücü barədə inzibati
protokol tərtib edilib.
V.Əsədov bildirib ki, reyd zamanı xanım sürücülər xanımlığından
istifadə edərək qeyri-səmimilik göstəriblər. Həmin xanım sürücülər
barəsində də inzibati protokollar tərtib edilib.
Onun sözlərinə görə, reydlər zamanı 4 sürücü qaçmağa müvəffəq olub
ki, həmin sürücülərin tapılması istiqamətində işlər aparılır. Polis
əməkdaşlarının fəaliyyətinə müdaxilə edən, sərxoş vəziyyətdə olan
sürücünün qaçmasına kömək etmək istəyən "Priora" markalı
avtomobilinin sürücüsü isə polisə güc tətbiq edib.
Bakı yol polisi sürücüləri bir daha intizamlı olmağa və yol
qaydalarına əməl etməyə çağırıb.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI